BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sevdiyi qadını qaçıran şəxslə bağlı hökm dəyişdirildi

Bakıda adam oğurluğunda təqsirləndirilən C.Əhmədzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, məhkumun Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin hökmündə dəyişiklik olunub. C.Əhmədzadə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dair tövsifedici əlamət onun həmin cinayəti bir qrup şəxs kimi törətməsinə dair tövsifedici əlamətlə əvəz olunub.

 

İttihama görə, C.Əhmədzadə 29 iyul 2019-cu il tarixdə, saat 19 radələrində qohumları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş N.N.-i (şərti) nikaha girməyə məcbur etmək məqsədi ilə qaçırıb. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib və C.Əhmədzad 7 il müddətinə azadlıqdan məhrum olunub.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2024, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin