BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan ona nisyə ərzaq verməyən satıcı və digərlərinə hücum etdi - QƏRAR

Ağdamda xuliqanlıqda təqsirləndirilən Məhiyəddin Nəbiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilib.

 

İttihama görə, hadisə 21 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Ağdam rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2004-cü il təvəllüdlü Məhiyəddin Nəbiyev zərərçəkmiş Mahir Qafarovun (şərti) mülkiyyətində olmaqla faktiki olaraq digər zərərçəkmiş Samir Səfərov (şərti) tərəfindən icarə əsasında işlədilən “Əli Market” adlı ticarət obyektinə gəlib. O, heç bir əsaslı səbəb olmadan, yəni zərərçəkmiş Qalib Məlikova (şərti) ona nisyə ərzaq verməsini bildirib. Satıcı isə bundan imtina edib. Məhiyəddin də bunu bəhanə edərək onunla mübahisəyə başlayıb, sonra yaxınlıqda yerləşən yaşadığı evə gedib mətbəx bıçağı götürüb həmin mağazaya qayıdıb. Daha sonra o, bıçaqla “Əli Market”in giriş hissəsindəki qoşa laylı şüşəsini sındırıb, onu sakitləşdirmək istəyən Samiri ayaqla vurub cibində olan “İphone 12” markalı telefonunun üz qabığını zədələyib. Bundan başqa, Məhiyəddin uca səslə nalayiq ifadələr işlədərək sağ əli ilə Mahirin sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib. Hadisədə sonra Məhiyəddin Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Ağdam Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrum olunub və məhkəmə zalında həb edilib. Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2024, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin