BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzza üzrə danışıqların Doha raundu başa çatıb, tərəflər gələn həftənin sonuna qədər Qahirədə görüşəcək

Dohada Qəzza ilə bağlı danışıqlar ciddi, konstruktiv və müsbət mühitdə keçib.

 

Bu barədə Misir, Qətər və ABŞ-ın birgə bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunub ki, tərəflər Qəzzada müharibəyə son qoymaq üçün razılığa gəlmək ümidi ilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər.

 

Bəyanatda deyilir ki, texniki qruplar yaxın günlərdə Vaşinqtonun təklif etdiyi yeni razılaşmanın həyata keçirilməsinin təfərrüatları üzərində işləməyə davam edəcəklər.

 

APA

Tarix: 16 Avqust 2024, 18:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin