BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək"

"Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1)  yerləşib və ona milyonlarla pul ödəyib.

 

Pravda.az-ın xəbərinə görə, bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.

 

Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: "İmza toplayarkən seçicilər mənə "Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?" - deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək".

 

Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq. 

 

Xatırlatma: Bir neçə gün öncə, A.Quliyevə məxsus olduğu bildirilən Bakıdakı villa ilə bağlı onun köməkçisi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Bildirildi ki, hazırda seçkiqabağı təşviqatla məşğuldurlar. 

Tarix: 16 Avqust 2024, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin