BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor vəfat etdi

Məşhur türkiyəli aktyor Aydemir Akbaş vəfat edib. Uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan aktyorun səhhətində qəfil problem yaranıb və evində huşsuz vəziyyətdə aşkarlanıb. Təcili olaraq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Aydemir Akbaş 88 yaşında dünyasını dəyişib.

 

Sənətçinin ölüm xəbərini meneceri Özgür Aksoy sosial şəbəkədə açıqlayıb.

 

"Türk kinosunun qocaman çinarı, canımız, ustadımız Aydemir abimiz dünyasını dəyişdi. Acımız çox böyükdür. Allah məkanının cənnət etsin", - deyə o yazıb.

 

Həmçinin, İbrahim Tatlısəs də bununla bağlı "Instagram" hesabında paylaşım edib.

 

"45 illik dostum, böyük qardaşım Aydoşum, məkanın cənnət olsun", - deyə o qeyd edib.

 

Oxu.az

Tarix: 17 Avqust 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin