BURADA REKLAMINIZ OLA
BİLƏR

“X” sosial şəbəkəsi fəaliyyətini dayandırır

İlon Maska məxsus “X” sosial şəbəkəsi işçiləri üçün təhdidlərə görə Braziliyadakı ofisini bağlayır.

 

Bu barədə şirkətin sosial şəbəkədə dərc olunan məlumatında deyilir.

 

"İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyəti dərhal dayandırmaq qərarına gəldik", - qurumdan bildirilib.

 

Məlumata görə, X şirkətinə braziliyalı hakim Aleşandri de Moraysin gizli qərarı daxil olub. O, nümayəndəliyin hüquq məsləhətçisini müəyyən hesabların bloklanması əmrini yerinə yetirmədiyi təqdirdə həbs edilməklə hədələyib.

 

Şirkətin məlumatına görə, lakin sosial şəbəkə Braziliya istifadəçiləri üçün əlçatan olacaq.

 

Report

Tarix: 18 Avqust 2024, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin