BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəfa Nağı Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdi

“Bu gün Tənzilə Rüstəmxanlının adamlarından biri Neftçala Rayon İcra Hakimiyyətinin namizədlər üçün nəzərdə tutulmayan yerdə 23 avqust saat 18:00-a görüş elanları yapışdırdı. Elanları da gətirib Neftçalada qaldığım küçədə, qonşumun hasarına yapışdırmışdı. Meqafonla küçədə həm polisə, həm də DSK-ya müraciət etdim. Sonra da DSK-ya şikayət etdim”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) bildirib.

 

Onun sözlərinə görə, hava qaralanda elanları sökdülər: “Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdik”.


Tomris 

Tarix: 19 Avqust 2024, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin