BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən komendanta nə qədər cəza verildi?

Tanınmış iş adamı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova və onun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hğkmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır. 

 

Qeyd: Rəşad Həsənov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


 
İş üzrə zərərçəkmiş qismində İsfəndiyar Axundov və onun şirkəti "Şərur” MTK tanınır.


 
Hadisə barədə mətbuata açıqlama verən İsfəndiya Axundov bildirib ki, Rəşad Həsənov "Şərur” MTK-da komendant işləyib. O, iş adamına qarşı 1 milyon manata yaxın dələduzluq edib.

 

Kamal Məmmədov

Tarix: 20 Avqust 2024, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin