BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışının ölümündə təqsirləndirilən şəxsdən xəbər var

Göyçayda tanışının ölümünə səbəb olmaqda təqsirləndirilən Novruz Mahmudovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Akif Eyvazovun sədrliyi ilə araşdırılacaq.

 
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən Novruz Mahmudovun əməli Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilib və ona 3 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin sentyabrında Göyçayda baş verib. Belə ki, Novruz Mahmudov aralarında yaranan mübahisə zamanı Şahsən Yusifovun üz-burun nahiyəsinə ovuc içi ilə bir zərbə vurub. Sonuncu zərbənin təsirindən yıxılıb və ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və orada da dünyasını dəyişib.

 

Kamal Məmmədov

Tarix: 20 Avqust 2024, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin