BURADA REKLAMINIZ OLA
BİLƏR

ADNSU-nun piyada səkisini zəbt edən məhəccərləri söküldü

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan ərazidə metronun “28 May” stansiyasının və Dəmiryol Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. 

 

Pravda.az xəbər verir ki, təmir işləri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin piyadaların gediş-gəlişinə əngəl törədən dəmir hasarlar sökülüb. Sosial şəbəkələrdə bu barədə yayılan görüntülər müzakirəsiz ötüşməyib. 

 

Bildirilib ki, iki il öncə böyük vəsait hesabına təmir edilən ADNSU-nun piyada səkisini zəbt edən dəmir məhəccərləri sökülüb və piyadaların rahat keçidi təmin edilib.

 

Pravda.az hasaraların təmirdən sonra yerinə qaytarılıb-qaytarılmayacağı barədə məsələni aydınlaşdırmaq üçün ADNSU-ya sorğu ünvanlayıb. Universitetdən mövqe bildiriləcəyi deyilib. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 Avqust 2024, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin