BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tik-Tok”da tanış olduğu qadını işə düzəltmək adı ilə aldatdı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib. O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2024, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin