BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda zəvvarların olduğu avtobus aşıb, 35 nəfər ölüb

İranda içərisində 53 pakistanlı zəvvarın olduğu avtobus aşıb.

 

İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 18 nəfər yaralanıb.

 

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

 

İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.

 

Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Hadisənin səbəbi araşdırılır.

 

APA

Tarix: 21 Avqust 2024, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin