BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda qanunsuz sənəd verməkdə təqsirləndirilən vəzifəli şəxslərə bəraət verildi

Naxçıvanda vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Eldəniz Hümbətov və İntizam Məmmədlinin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

 

Qeyd: Rəsmi məlumata görə, 2023-cü ildə Babək Rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək Rayon Prokurorluğunda cinayət işi başlanıb. Toplanmış sübutlarla Eldəniz Hümbətov və İntizam Məmmədlinin qeyd olunan vəzifəsində işlədiyi zaman 2018-il iyulun 31-də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənəd vermələrinə əsaslı şübhələr müəyyən edilib. Eldəniz Hümbətov və İntizam Məmmədliyə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə onların hər ikisinə bəraət alıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Naxçıvan Ali Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Azərbaycan Ali Məhkəməsinə müraciət etmişdi.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin