BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bəraət alan ana və qızı ilə bağlı qərar çıxardı

Bakıda xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilərək bəraət alan Nazimə Behbudova və onun qızı Lalə Behbudovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə keçirilin prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin olunmayıb.

 
Qeyd: Lalə Behbudova və onun anası Nazimə Behbudovanın barəsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürülüb. Belə ki, xaricdə yaşayan Azərbaycan vətəndaşı məhkəməyə müraciət edərək ana və qızının sosial şəbəkə səhifəsində onun ünvanına təhqiramiz ifadələr yazdığını iddia edib. Binəqədi Rayon Məhkəməsi hər iki təqsirləndirilən şəxsə bəraət verib.

Tarix: 21 Avqust 2024, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin