BURADA REKLAMINIZ OLA
BİLƏR

Məsud Pezeşkianın hökumət kabineti: Üç azərbaycanlı nazir...

İran parlamenti yeni prezident Məsud Pezeşkianın yeni hökumət kabinetini təsdiq edib. Qaynarinfo xəbər verir ki, parlament bütün nazirlərin lehinə səs verib. Parlamentdən əvvəl isə İranın ali lideri Əli Xamenei və kəşfiyyat orqanları yeni hökumətin tərkibinə razılıq verib.

 

Yeni hökumətdə Güney Azərbaycandan üç nəfər yer alıb. Belə ki, aslən azərbaycanlı olan Məsud Pezeşkian öz kabinetində Abdul Nasser Himmeti (İqtisadiyyat və maliyyə naziri), Qulamrza Nuri (kənd təsərrüfatı naziri) və Əmir Əziz Nəsirzadəyə (Müdafiə, logistika və silahlı qüvvələr naziri) vəzifə verib.

 

 Yeni İran hökumətinin tərkibi belədir:

 

Alireza Kazemi - Təhsil Nazirliyi


Settar Haşimi - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi


Hüccətül-islam Seyyid İsmayıl Hatib - Kəşfiyyat Nazirliyi


Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi


Seyid Abbas İraqçi - Xarici İşlər Nazirliyi


Məhəmməd Rıza Zəfərgendi - Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi


Əhməd Meyderi - Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi


Qulamrıza Nuri - Kənd Təsərrüfatı Nazirliyi


Emin Hüseyin Rəhimi - Ədliyyə Nazirliyi

 

Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi


Ferzane Sadık - Yollar və Şəhərsalma Nazirliyi


Məhəmməd Atabək - Sənaye, Mədən və Ticarət Nazirliyi


Hüseyin Simai Sərraf - Elm, Araşdırma və Texnologiya Nazirliyi


Seyid Abbas Salihi - Mədəniyyət və İslami İrşad Nazirliyi


İskəndər Mümini - Daxili İşlər Nazirliyi


Məhəmməd Rza Salihi əmiri - Mədəni İrs və Turizm Nazirliyi


Muhsin Paknejad - Neft Nazirliyi


Abbas Əliabadi - Energetika Nazirliyi


Əhməd Dünyamalı - İdman və Gənclər Nazirliyi

Tarix: 21 Avqust 2024, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin