BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu "YouTube" platformasında rekorda imza atıb. "Report" ESPN-ə istinadən xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

 

"YouTube" bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

 

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Tarix: 21 Avqust 2024, 23:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin