BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəngilanda qəza törədən sürücünün cəzası ağırlaşdırıldı

Zəngilan rayonunda yol qəzası törətməkdə təqsirləndirilən Emin İbrahimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protesti təmin edilib, Zəngilan Rayon Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və onun cəzası 4 il müddətinədək artırılıb. 

 

İttihama görə, hadisə 05 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış "MAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Sədiyev Şəmsəddin Vaqif oğlu hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Əsədov Təbriz Tamis oğlu, 1992-ci il təvəllüdlü Bayramov Natiq Aydın oğlu və 1995-ci il təvəllüdlü İsmayılov Vüsal Xəqani oğlu və sürücü - 1988-ci il təvəllüdlü İbrahimov Emin Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hadisədən sonra Emin İbrahimovun saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 22 Avqust 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin