BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bakalla vuraraq bıçaqlayan sərxoş kişiyə AĞIR CƏZA

Qubada qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Elman Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 28 may 2023-cü il tarixdə, saat 12 radələrində Quba şəhəri, köhnə avtovağzal adlanan ərazidə yerləşən “Səma” kafesində qeydə alınıb.

 

Belə ki, 1968-ci il təvəllüdlü Elman Muradov tanışı, zərərçəkmiş Seyfəddin Ağayevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olub. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs masanın üzərində olan pivə bakalı ilə Seyfəddinin baş nahiyəsinə bir dəfə qəsdən vurub. Sonra o, üzərində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silahla zərərçəkmiş şəxsin bədən nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetirib. 

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Muradov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

 

Kamal Məmmədov

 

Tarix: 22 Avqust 2024, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin