BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda meymunçiçəyinə görə karantin rejimi tətbiq ediləcək? - "Əsas məsələ virusu ölkəmizə buraxmamaqdır..."

“Türkiyə və Qazaxıstanda artıq meymunçiçəyi virusunun əlamətlərini görürük. Başqa ölkələrdə də yayılıb. Amma beynəlxalq tibb təşkilatları bildirdilər ki, meymunçiçəyi pandemiya növü deyil. Buna görə də düşünürəm ki, COVİD daşıyıcıları yoxdur. Bu səbəbdən Azərbaycanda yeni karantin rejminin tətbiqinə ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanda karantin rejimi olacağı barədə iddialar kökündən səhvdir. Normal həyatı davam etdirmək lazımdır. Hətta yaxın vaxtlarda karantin rejimi tam bitəndən sonra quru sərhədlərin açılması məsələsinə də baxılmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisdə təmsil olunan müxalifyönlü Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

“Meymunçiçəyinin ölkəmizə keçməməsi üçün ciddi mübarizə aparmalıyıq. Azərbaycanda bu cür xəstəliklərə qarşı mübarizə təcrübələri mövcuddur. Kifayət qədər laboratoriyalar, dərmanlar var. Olmayanları da xaricdən gətirmək mümkündür. Əsas məsələ isə virusu ölkəmizə buraxmamaqdır. Çünki Türkiyə və Qazaxıstanla sıx münasibətlərimiz var. Virus tibb işçilərinin özünə də yoluxa bilir. Buna görə də qarşısını almaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı da bu istiqamətdə işlər görməkdədir”, - T.Kərimli bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Avqust 2024, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin