BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxananın rüşvətə görə həbsdə olan eks əməkdaşı azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə tərqsirlədirilən Rəvan Əyyublunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və ona 3 il həbs cəzası verilib, Rəvan Əyyublunun cəzası çəkmiş hesab olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək saxlanıldığı cəzaçəkmə müəssisəsində həbsdən azad edilib. İttihama görə, Rəvan Əyyublu 01 may 2019-cu il tarixdən 22 avqust 2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Təsərrüfat heyətinin Təchizat üzrə agent vəzifəsində işləyib. O, faktiki olaraq xəstəxananın baş həkiminin göstərişi əsasında əlilliyin müəyyən edilməsi ilə bağlı xəstəxananın Həkim Məsləhət Komissiyasından keçmiş şəxslərin müvafiq sənədlərini elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürülməsi işini icra edib. Təqsirləndirilən şəxs xəstəxanaya tez-tez müraciət edən Ağcabədi rayonu sakinləri ilə söhbətləşərkən müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib. Rəvan Əyyublu bu yolla bir neçə şəxsin pulunu dələduzluq və rüşvətə təhrik etmək yolu ilə ələ keçirib. Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin