BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsən RİH Baş prokurora müraciət etdi: Saytlar barəsində ciddi tədbir görün

Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

“Mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra hakimiyyətinə məlumat verilib. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur. Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra hakimiyyətinin nüfuzunu ləkələməyə yönələn, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən Rayon İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Kütləvi informasiya vasitələri ilə bağlı Baş prokuror hörmətli Kamran müəllimdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə, bu şayiələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək”.

Tarix: 8 İyun 2020, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin