BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azər-Türk Bank" və Elxan Əzizovun rəhbərlik etdiyi qurum arasında məhkəmə çəkişməsi bitmir

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC arasında məhkəmə çəkişməsi uzun müddətdir, davam edir.

 

Pravda.az-ın xəbərinə görə, ASC-nin iddiası üzrə növbəti - üçüncü hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə sentyabrın 23-də keçiriləcək.

 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

 

Xatırlatma: “AzInTelecom”un məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, “Azər-Türk Bank” ASC-nin məhkəmə iddiası ləğv edilmiş Məlumat Hesablama Mərkəzi (MHM) ilə bank arasında 2020-ci ildə imzalanmış müqavilə üzrədir.

 

Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.

 

Nadir

Tarix: 23 Avqust 2024, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin