BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Rusiyaya qarşı sanksiyalara rəğmən hansısa yolla avtomobil satılmasında cinayət məsələsi yoxdur"

“Rusiyaya qarşı sanksiyalara rəğmən hansısa yolla avtomobil satılmasında cinayət məsələsi yoxdur. Azərbaycanın rəsmi avtomobil şirkətlərinin gəlirlərini artırmaq istəyi, arzusu tam başadüşüləndir. Təbii ki, şirkətlər brend mallarını bağladıqları dilerlik müqavilələrə baxmalı, öz partnyorlarına münasibəti tənzimləməlidirlər. Azərbaycan sahibkarlarının fəaliyyətini görürsünüz. Narkotik, silah satmırlar. Məşhur avtomobil istehsalçıları vaxtilə Rusiyaya onsuz da maşın satırdılar. Nəzər salsaq, görərik ki, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi sanksiyalardan sonra üç dəfəyə qədər çoxalıb. Ermənistanın Rusiyaya ixracı dəfələrlə artıb. Bilinir ki, bunların hamısı reeksportdur. Yəni Rusiya Avropadan ala bilmədiyi Ermənistan şirkətləri üzərindən Avropaya gedir. Belə hallar Ermənistanda kütləvidir, amma Azərbaycanda bu cür kəskin artımlar yoxdur”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. 

 

“Hətta ötən il mətbuatda oxudum ki, Ermənistanın Rusiyaya ixracı idxalı üstələyib. Halbuki Ermənistan Rusiyadan ərzaq məhsulları, taxıl, qaz, enerji alır. Böyük sənaye iqtisadiyyatı da yoxdur. Buna rəğmən ümumi ticarət dövriyyəsi artıb. Hətta Rusiyaya mal getməsinə göz yuman Avropa şirkətləri də çoxdur. Sanksiyalardan sonra Rusiyadan çıxmayan 65-70% Qərb şirkətləri qalırdı. Bir çoxu adını rebrendinq edib qalıb. Yəni sanksiyaların dünyada ədaləti təmin edəcəyinə, doğruluğuna heç kimdə əminlik yoxdur. Hətta gizli yolla Rusiyaya avtomobil satması ilə bağlı adı hallanan avtomobil markaları da maraqlıdırlar ki, məhsulları satılsın. Avtomobili İvan, yaxud Xalid sürür, bu o qədər də əhəmiyyətli deyil. Təki mal satılsın. Azərbaycan heç Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Əksinə, Rusiya ilə əlaqələri genişləndirməkdə maraqlıdır. 50 Qərb dövlətinin Rusiyaya qarşı sanksiyalarının uğurlu, ya uğursuz - necə alınacağı isə bizim üçün maraqsızdır. Buna görə də sahibkarlarımız belə əməliyyatlar həyata keçirməklə nə beynəlxalq qanunvericiliyi, nə də ölkə qanunvericiliyini pozublar. Azərbaycan dövləti üçün bu məsələlər əsas deyil...”, - o bildirib. 

 

Xatırlatma: Azərbaycan mətbuatında dünyaca məşhur “Sky News” telekanalına istinadən yayılan xəbərə görə, bir sıra tanınmış rəsmi distrübutorlar sanksiyalara rəğmən Rusiyaya gizli yolla avtomobil satışı həyata keçirirlər. İddia edilir ki, bu gizli ticarətlə rəsmi distrübutorların Azərbaycan nümayəndəlikləri də məşğuldurlar. “Sky News” rəsmi şirkətlərin konkret adını çəkməyib.

 

Aytəkin Qardaşova 

Tarix: 24 Avqust 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin