BURADA REKLAMINIZ OLA
BİLƏR

"KDY Logistics" gömrük qaydalarını pozdu

"KDY Logistics Az" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü (Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 26 Avqust 2024, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin