BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovniki xüsusi amansızlıqla öldürən şəxs hökmdən şikayətçidir

Bakıda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 28-nə təyin edilib.

 

Şikayət hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hüseynov 19 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Qətl hadisəsi 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb.

 

Təqaüddə olan polis polkovniki Tahir Tağıyev yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.

 

Qətlə yetirilən Tahir Tağıyev uzun müddət paytaxtın Nərimanov və Binəqədi Rayon Polis idarələrində müxtəlif vəzifələrdə işləyib, o cümlədən paytaxtın iki polis bölməsinin rəisi olub.

 

Polis polkovniki T.Tağıyev bir neçə il öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.

 

E. Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov

Tarix: 26 Avqust 2024, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin