BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs hökmdən narazıdır

İnsan alverində təqsirləndirilən L.Əliyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 27-nə təyin edilib.

 

Şikayət hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Səma Məmmədova azərbaycanlı olan 2 qadın Türkiyənin Tokat vilayətinə yüksək maaşlı işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2018-2020-ci illərdə Tokata aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Səma Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

 

Tarix: 26 Avqust 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin