BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tik-Tok”da yazılan şərhə görə adam bıçaqlayan şəxs azadlığa çıxmaq istəyir

Bakıda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əmrah Əmrahovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 27-nə təyin edilib.

 

Şikayət hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: Hadisə 2023-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. 

 

Belə ki, Əmrah Əmrahov "Tik-Tok” sosial şəbəkədə tanımadığı şəxs olan Ömər Bəbirovun tanışının videosundan altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdirirlər. Bu məqamda Əmrah Əmrahov xuliqanlıq niyyəti ilə başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurur, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurub. 

 

Əmrah Əmrahov qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.

 

Kamal Məmmədov

 

Tarix: 26 Avqust 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin