BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda qəza törədən sürücünün məhkəməsi başlayır

Naxçıvanın Culfa rayonunda yol nəqliyyatı törətməkdə təqsirləndirilən Əbülfəz Əlizadənin barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş toplanaraq Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Faiq Heydərovun sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: Hadisə bu ilin aprel ayında Naxçıvanın Culfa rayonun Ərəzin kəndi ərazisində baş verib.

 

Belə ki, "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.

 

Hadisədən sonra sürücülərdən biri Əbülfəz Əlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 26 Avqust 2024, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin