BURADA REKLAMINIZ OLA
BİLƏR

Universitet müəllimi və uşaqlıq dostu ilə bağlı yenidən məhkəmə başladı

Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 28-nə təyin edilib.  

 
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə R.Hüseynovun cəzasını 12 ilə qaldırılıb.
 
Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 3 nəfərin etibarından sui-istifadə edərək onların ümumilikdə 742 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 26 Avqust 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin