BURADA REKLAMINIZ OLA
BİLƏR

DSMF-yə bağlı olan qurumun ofisini təmir edən şirkətin qanuni təmsilçisi əmək hüquqlarını pozdu

“Conco” QSC-nin qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İ.Şıxseyidov protokoldan şikayət verib. İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.

 

Qeyd: Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının inzibati binasının əsaslı təmir işlərini həyata keçirmək üçün elan edilən tenderin qalibi “Conco” QSC olub. 2 000 manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğludur. QSC Azərbaycanda bir-sıra böyük tikinti layihələrinin icraçısıdır. 2022-ci ildə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi də “Conco” QSC olub. İdarə şirkətə Şuşa şəhərində salınacaq ilk yaşayış massivinin inşasına görə 14 milyon 687 min 500 manat 6 qəpik ödəyib.


Xəyal Quliyev

Tarix: 27 Avqust 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin