BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını bıçaqlayaraq öldürmək istəyən şəxslə bağlı qərar açıqlandı

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zöhrab Həşimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, apellyasiya şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə 2023-cü il yunun 2-də saat 9 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Z.Həşimov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib. Z.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarıb. 

 

Kamal Məmmədov

Tarix: 27 Avqust 2024, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin