BURADA REKLAMINIZ OLA
BİLƏR

“Instaqram”da mebel “satan” qadın həmcinsinə qarşı dələduzluq etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Yasəmən Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, Abşeron rayon sakini Yasəmən Səmədova “Instaqram”da “brend_mebellerim_” səhifəsi hazırlayıb. Zərərçəkmiş Gülər Nadirova (şərti) səhifədə paylaşılan mebel dəstini bəyənib və almaq istədiyini yazıb. Yasəmən də mebel dəstini 10 gün müddətində düzəldib çatdıracağını yalandan vəd verib. O, bu yolla zərərçəkmişdən kart hesabı vasitəsi ilə ümumilikdə 1755 manat pulu dələduzluq yolu ilə ələ keçirib. 

 

Hadisədən sonra Gülər Nadirova hüquq-mühafizə orqanlarına şikayət edib və Yasəmən Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Hazırda zərərçəkmiş şəxs Yasəmənlə barışıb, ondan şikayət və tələbə yoxdur.

 

Kamal Məmmədov

Tarix: 27 Avqust 2024, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin