BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadı ilə bağlı ona yaxınlaşan şəxsi döyən keçmiş məhkumun cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Xaliq Fərəcovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonun keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, protest təmin edilməyib, onun Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib, təqsirləndirilən şəxsə 2 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. 

 

İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Access Bank”ın inzibati binasının yaxınlığında qeydə alınıb. Belə ki, həmin vaxt zərərçəkmiş Habil Rəfizadəyə (şərti) Xaliq Fərəcova yaxınlaşıb arvadı ilə aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib. Bu zaman o, zərərçəkmiş şəxsi söyüb təhqir edib, sonra yumruqla Habilin sifət və baş nahiyələrindən vurmaqla vuraraq ona xəsarət yetirib. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

 

Qeyd: Xaliq Fərəcov daha əvvəl dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 27 Avqust 2024, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin