BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yellow Mart” marketinin direktoruna qarşı 100 minlik dələduzluq - QƏRAR

Bakıda dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Nicat İbayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 
Qərara əsasən, şikayət təmin olunmayıb.

 
İttihama görə, Nicat İbayev Bakıda MMC-lərdən birinin direktoru vəzifəsində çalışıb. O, “Yellow Mart” marketin direktoru, zərərçəkmiş Tural Baxçalıyevə qarşı dələduzluq edib. Belə ki, Nicat 21 avqust 2022-ci il tarixdə paytaxt ərazisində zərərçəkmişin yeni açılacaq marketinin vitrin və soyuducuların quraşdırılmasına dair sifariş qəbul edib və sifarişi 5 oktyabr 2022-ci il tarixdə yerinə yetirib təhvil verəcəyi barədə ona yalan məlumat verib. O, “Yellow Mart” marketdən ilkin ödəniş kimi 100 000 manat mədaxil olunmasına dair hüquq verən saxta kassa mədaxil orderi hazırlayaraq Tural Baxcalıyevə təqdim edib. Sonra Nicat zərərçəkmişin 100 000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq cinayətini törədib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 27 Avqust 2024, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin