BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkil DYP-nin tərtib etdiyi protokoldan şikayət etdi

Vəkil Xəlilov İlkin Ələkbər oğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Vəkil protokoldan şikayət edib. İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 28 Avqust 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin