BURADA REKLAMINIZ OLA
BİLƏR

“Embafinans”ın direktoru məhkəməyə müraciət etdi

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin direktoru Hüseynov Nahid Şahinoğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.9-cu (Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Direktor protokoldan şikayət edib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 28 Avqust 2024, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin