BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə qətl törədən gəncə nə qədər cəza verildi?

Şəki Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Murad Avdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 25 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

 

Belə ki, 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü Murad Avdiyevin Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Murad Avdiyev şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

 

 

Tarix: 28 Avqust 2024, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin