BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: "Hər ərazinin deputatının həmin bölgədən olması vacib deyil"

VI çağırış  Milli Məclisin deputatı Müşfıq Cəfərov bir çox ərazilərə aidiyyəti olmayan şəxslərin deputat seçilməsinə, deputatların təmsil etdikləri rayonun sakinlərini tanımamalarına, problemlərə laqeyd yanaşmalarına qarşı səsləndirilən etirazlara münasibət bildirib.

 

M.Cəfərov Pravda.az-a açıqlamasında deyib ki, hər ərazinin deputatının həmin bölgədən olması vacib deyil.

 

Onun sözlərinə görə, xalq arasında olub, vətəndaşın problemini dinləyib, həlli yollarını müəyyənləşdirmək vacibdir: "Bəzən zaman və tələbatların dəyişməsi qanunvericilik bazasında da dəyişikliklərə ehtiyac yaradır. Biz vətəndaşları dinləməli, onların ehtiyac meyarlarına uyğun təkliflər irəli sürməliyik. Deputatlıq xalqın maraqlarını təmsil etmək və onların səsini qanunvericilik prosesində eşitdirmək üçün seçilmiş bir vəzifədir".

 

M.Cəfərov bildirib ki, tarix boyu deputat olmaq üçün fərdlərdən müəyyən xüsusiyyətlər tələb edilib: "Ən vacibi xalqın etimadını qazanaraq onun maraqlarını təmsil etmək bacarığıdır. Deputat olmaq xalqın maraqlarını və dövlətin rifahını qorumaq üçün böyük məsuliyyətdir. Ümumiyyətlə, deputat seçilmiş səlahiyyətli şəxs qurumlarla vətəndaş arasında vasitəçidir. VI çağırış Milli Məclis fəaliyyətim dövüründə hər zaman təmsil etdiyim şəhərin problemləri barədə iclaslarda çıxış edib, adiyyatı qurumlar qarşısında məsələ qaldırmışam. İndiki halda deputatlar seçiciləri ilə tez tez ünsiyyətdə olmalı, hətta seçicilərin problemlərini gündəlik iclaslarda gündəmə gətirməlidirlər. Bir sözlə, millət vəkili insanlarla ünsiyyət saxlamalı, həmin problemləri dövlətin görə biləcəyi bir təşəbbüsə, proqrama, layihəyə çevirməklə onların həll olunmasında addımlar atılmalıdır. Digər tərəfdən isə beynəlxalq əlaqələrdə aktiv olaraq dövləti təmsil etməli, yəni Azərbaycanın parlament diplomatiyasına tövhə verməyi bacarmalıdır".

 

Aytəkin Qardaşova

Tarix: 28 Avqust 2024, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin