BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisi oğlunu öldürən şəxs apellyasiya şikayəti verdi

Sumqayıtda əmisi oğlunu öldürməkdə təqsirləndirilən Rəşad Şəbiyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə araşdırılır.
 
 
Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin edilib.
 
 
Qeyd: Hadisə avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində baş verib. 36 yaşlı Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 44 yaşlı Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin mülk mübahisəsi üstündə törədildiyi bildirilir. Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onunla bağlı ittihamedici hökm çıxarılıb. 
 
 
Kamal Məmmədov
Tarix: 28 Avqust 2024, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin