BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qardaşını bıçaqlayan müharibə iştirakçısına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona şərti cəza verilib.


İttihama görə, hadisə 03 aprel 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, olay vaxtı Xəyal Dadaşov evdə qardaşı, zərərçəkmiş Uğur Dadaşovla (şərti) axşam yeməyi yeyib. Bu zaman o, zərərçəkmişə masada olan ketçupdan istifadə tərzinə görə irad bildirib. Sonra onların arasında mübahisə yaranıb və Uğur qardaşının baş nahiyəsinə şillə vurub. Bundan əsəbiləşən Xəyal kolbasa doğramaq üçün əlində saxladığı mətbəx bıçağı ilə ona qəsdən bir zərbə endirərək xəsarət yetirib.


Hadisədən sonra Xəyal Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Xəyal Dadaşov 44 günlük Vətən müharibəsində iştirak edib. O, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Kamal Məmmədov 

Tarix: 28 Avqust 2024, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin