BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat "Bolt" və digər taksi şirkətlərini tənqid etdi: "Sui-istifadə halları var"

“Sıravi taksilərin yığışdırılması məsələsi ortaya qoyulanda dedim ki, effekti az olacaq, lakin minlərlə insan işsiz, çörəksiz qalacaq. Məni mərkəzin gözəlliyindən çox, insanların dolanışığı maraqlandırır. Yəni zahiri parıltı deyil, mahiyyətcə istəyirəm ki, xalqım yaxşı yaşaya. Etiraz etmişdik ki, taksilərlə bağlı qərar heç bir səhman yaratmayacaq, sui-istifadə halları da olacaq. Necə ki indi "Bolt" və digərləri haqqında narazılıqlar var”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tahir Kərimli deyib. 

 

“Hansı optimallaşdırmadan söhbət gedir? Optimallaşma gedirsə, bu, xalqın ziyanınadır. Qiymətlər artır. Guya indi daha yaxşı xidmət göstərirlər, ancaq hiss olunmur. Buna görə də hesab edirəm ki, şikayətlərin artması təsadüfi deyil. Hökumət bu məsələni ciddi şəkildə müzakirə etməlidir. Köklü dəyişikliklərə səbəb olan struktur dəyişiklikləri aparmalıdır ki, mahiyyətcə xalqın xeyrinə olsun. Taksi insanlara xidmət edir. İnsanlar üçün hansı xeyirlidirsə, ona çalışmaq lazımdır", - Tahir Kərimli qeyd edib.


Qeyd: Mətbuatda "Bolt"un sürücülərinin artıq vəsait tələb etdikləri ilə bağlı məlumatlar yayılıb.


Aytəkin Qardaşova

Tarix: 28 Avqust 2024, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin