Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Həsənova 19 il həbs cəzası verilib.
İttihama görə, Fəxrəddin Həsənov 11 iyun 2023-cü il tarixdə saat 20 radələrində rəsmi nikahda olduğu arvadı, zərərçəkmiş M.H. (şərti) ilə birgə yaşadıqları Biləsuvar rayonu ərazisindəki evin qapı və pəncərələrini kilidləyərək qonşusu ilə cinsi münasibətdə olduğunu uydurub.
Zərərçəkmiş şəxs isə ona heç bir şəxslə xəyanət etmədiyini bildirib. Lakin buna baxmayaraq, Fəxrəddin elektrik kabellə qadının bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda xəsarətlər yetirərək əzab və işgəncə verib. Həmçinin o, evin mətbəxində olan qaz sobasının üzərində qızdırdığı dəmiri arvadının bədəninə basıb. Növbəti gün də Fəxrəddin qadına ağır işgəncə verərək adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.
Bundan başqa, Fəxrəddin Həsənov 18 iyun 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən “014 Çay Evi” adlı çayxanada keçmiş polis əməkdaşı Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.
İttihamda qeyd edilib ki, 2022-ci ilin noyabr ayında çayxanada Bayram guya ona qarşı atmacalı sözlərdən istifadə edib. Həmçinin yaşadığı evin həyətinə quraşdırdığı kameranın çəkmiş olduğu şəkillərdə, özünə məxsus mobil telefonununda qeydə aldığı audioyazıda Bayram Bayramovun arvadı ilə cinsi münasibətdə olduğunu uydurub. Arvadının isə ona heç bir şəxslə xəyanət etmədiyini bildirməsinə baxmayaraq, Fəxrəddin öz cinayətkar planından əl çəkməyib.
Bundan başqa, təqsirləndirilən şəxsin üzərindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,749 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Məhkəmədə Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə Fəxrəddin Həsənov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Biləsuvar rayonundakı qəsəbədə təxminən bir il altı ay müddətində çayxana işlədib: “Bayram çayxanaya tez-tez gəlirdi. Onu arvadımla intim əlaqəsi vardı. Bayram çayxanada olanda hər gün məni alçaldırdı, tez-tez söz atırdı. Bu səbəbdən də onu vurdum. Bayram xəsarət yetirmək istəyirdim, öldürmək məqsədim yox idi. Bayramın danışığından belə çıxırdı ki, arvadımla əlaqəsi olub, hamı da mənə gülürdü”.
Kamal Məmmədov
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
Ən son xəbərləri səhifəmizdən də izləyin