BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözətçi qadını borc pula görə öldürən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Sabirabad rayonunda qətl törətməkdə təqsirləndirilən Əliağa Sultanovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Sultanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 11 il 6 aya endirib.

 
Qeyd: 2021-ci il iyulun 22-də Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 


Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.


 
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


 
Əliağa Sultanov həbs edilib.


 
Xatırlatma: 1995-ci il təvəllüdlü Əliağa Sultanov Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri olub.


 
Məhkəmədə ifadə verən Əliağa Sultanov deyib ki, hadisədən əvvəl Mübarək Ağayevadan 300 manat borc pul alıb. Daha sonra qadın pulu təcili geri qaytarmağı tələb edib. Hadisə günü o, pulu gətirən zaman Mübarək Ağayeva Əliağa Sultanovu nalayiq sözlərlə təhqir edib. Qətl hadisəsi də elə bundan sonra baş verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Avqust 2024, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin