BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruslan Dilanov yenidən məhkəmə qarşısına çıxarılır

“Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: R.Dilanov barədə 2019-cu ildə cinayət işi başlanıb. O, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəməkdə ittiham edilib. Dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı bildirilib.

 

2021-ci ildə isə R.Dilanov barəsində bəraət hökmü çıxarılıb. Ruslan Dilanova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyi elan edilib. Ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verərək məhkəmə zalından azadlığa buraxıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi bəraətverici hökmü tamamilə ləğv edib. Məhkəmə Dilanovu həbsə göndərməyib. Ona sınaq müddəti seçilməklə şərti cəza verilib.

 

Kamal Məmmədov

 

 


Bir manat çay puluna görə obyekt sahibini döydü - QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda tərqsirlədirilən Yusif Babayevin (şərti) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə ötən il Sabirabad rayonu Qalağayın kəndində yerləşən çayxananda qeydə alınıb.

Belə ki, Yusif Babayev həmkəndlisi, zərərçəkmiş Mahal Quliyevə (şərti) məxsus çayxanada əyləşərək çay içib. Sonra zərərçəkmiş ondan bir manat çay pulu borcunu istəyib. Bu zaman Yusif Mahalı söyüb təhqir edib, yerdən götürdüyü taxta parçasını onun təpə nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirib. Daha sonra o, daş parçasını zərərçəkmişin çay evinin qarşısında saxladığı “Ford” markalı avtomobilə ataraq arxa sol şüşəni zədələyib.

Hadisədən sonra Yusif Babayev saxlanılaraq istintaqa cəlb edilib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

Tarix: 29 Avqust 2024, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin