BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qurban Qurbanov həmin bahalı köynəyi alnının təri ilə qazanıb"

"Bu nə yanaşmadır? “Qarabağ” futbol klubu məğlub olan kimi baş məşqçi Qurban Qurbanovun bahalı köynəyinin qiymətini hesablayaraq yayıblar. Belə çıxır ki, “Qarabağ” klubu dünən “Dinamo Zaqreb” üzərində qələbə qazansaydı, Qurban Qurbanovun köynəyinin qiyməti heç kimi maraqlandırmayacaqdı, əksinə yazacaqdılar ki, “Sənə hər geyim yaraşır, buna layiqsən” və s. Qurban Qurbanovu göylərə qaldıranlar bir oyunla onu yerə çırpmağa hazırdılar". 

 

Pravda.az xəbər verir ki, bunu polotoloq Elxan Şahinoğlu deyib.


"Ölkədə daxil çempionat zəifdir, bu ki, Qurban Qurbanovun günahı deyil. Futboldan az başı çıxan da bilir ki, daxili çempionat zəifdirsə, belə çempionatın komandasından beynəlxalq arenada daima zəfərlər gözləmək mümkün deyil. Qurban Qurbanova minnətdar olmalıyıq ki, mümkün olmayanı reallaşdırıb. Əlbəttə, məşqçinin səhvləri ola bilər, ancaq onun səhvlərini bahalı köynəyi ilə əlaqələndirmək doğru deyil. Qurban Qurbanov həmin bahalı köynəyi alnının təri ilə qazanıb" - E.Şahinoğlu əlavə edib.

Tarix: 29 Avqust 2024, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin