BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını zarafat üstündə bıçaqlayan gəncə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Səttarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 2007-ci il təvəllüdlü Namiq Səttarov 24 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Yevlax şəhərində yerləşən “Neptun” ərzaq mağazasının yaxınlığında tanışı, 2005-ci il təvəllüdlü zərərçəkmiş Uğur Rəfiyev (şərti) ilə zarafat üstündə mübahisə edib. Sonra o, yaşadığı evdə olarkən zərərçəkmiş şəxs mobil telefonla zəng edərək təqsirləndirilən şəxsi aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün görüşə dəvət edib. Namiq də görüşə özü ilə yaşadığı evdən qatlanan bıçaq götürərək 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Yevlax şəhəri, Ə.Bayramov küçəsinə gəlib. O, həmin küçədə zərərçəkmiş şəxsə bıçaqla bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirib. 

 

Daha sonra Namiq Səttarov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 30 Avqust 2024, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin