BURADA REKLAMINIZ OLA
BİLƏR

“Range Rover”lə xanıma yaxınlaşdı, özünü iş adamı kimi təqdim etdi - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Babyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Əli Babayev 2020-ci ildə paytaxt ərazində özünə məxsus “Range Rover” markalı avtomobillə gəzərkən yolun kənarında öz maşınında ağlayan, ərindən yeni boşanmış zərərçəkmiş Günay Həsənzadəyə (şərti) yaxınlaşıb, ona təsəlli verib. Sonra onlar tanış olub və aralarında sevgi münasibətləri yaranıb. O, qadına özünü iş adamı kimi təqdim edib, brend mağazlardan paltarlar alıb geyindiyini söyləyib. Daha sonra Əli Günaya mobil telefon aparatlarının və onların aksesuarlarının ölkəyə idxal etməklə satışıni təşkil edib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib. O, 2020-ci ilin iyun ayından dekabr ayınadək olan müddət ərzində qadının ümumilikdə həmin dövrün məzənnəsi ilə 68425 manat təşkil edən 40250 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Daha sonra o, qadının şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 30 Avqust 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin