BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşını yaşadığı binanın qarşısında saxladığı üçün dava saldı - MƏHKƏMƏ

Sumqayıt Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vahid Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 03 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən binanın qarşısında qeydə alınıb.

 

Belə ki, zərərçəkmiş Güləmirzə Məmmədov (soyadı şərti) “Mersedes Benz” markalı maşınını Vahid Quliyevin yaşadığı binanın qarşısında saxlayıb. Buna görə təqsirləndirilən şəxs zərərçəkmişə dəfələrlə xəbərdarlıq edib. Lakin Güləmirzə maşınını yenidən orada saxlamağa başlayıb. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Vahid zərərçəkmişin bədən nahiyəsinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. Sonra o, Güləmirzə Məmmədovun avtomobilini təpiklə əzərək zərərçəkmiş şəxsə 800 manat maddi ziyan vurub.

 

Hadisədən sonra Vahid Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 30 Avqust 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin