BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğlunun dostuna qarşı dələduzluq edən qadına hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Qasımovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə onun cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Səbinə Qasımova barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv olunub.


İttihama görə, Səbinə Qasımova oğlunun döşünü, zərərçəkmiş Tural Həsənova (şərti) yüksək vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə işə adam düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib. O, zərərçəkmişi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə işə düzəldəcəyinə dair yalan vəd edərək aldadıb, 2023-cü ildə Sumqayıt şəhəri ərazisində həmin işin görülməsi müqabilində Turalın ümumilikdə 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, Tural Həsənova vurduğu ziyanı tamamilə ödədiyini, həmin şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdi.

Kamal Məmmədov 

Tarix: 30 Avqust 2024, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin