BURADA REKLAMINIZ OLA
BİLƏR

"Heç bir təklif vermədən dayanmadan 1 saat söyür" - Deputat

Milli Məclisin deputatı Cavid Osmanov müsahibə verib.

Pravda.az həmin müsahibəni təqdim edir:

-Cavid bəy, bilirsiniz ki, pandemiya dövründə verilən mühüm qərarlardan biri şənbə-bazar günlərində insanların çölə çıxmasına qadağa qoyulmasıdır. Bundan əlavə qoruyucu tibbi maskalardan istifadə etməyənlərə cərimələrin tədbiq edilməsi ilə bağlı qanun qüvvəyə mindi. Cərimələr insanların bu xəstəliyə qarşı məsuliyyətini artıracaqmı?

-Koronavirus pandemiyası tək Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükə yaradıb. Biz bu təhlükənin nəticəsi kimi görürük ki, miyonlarla insan bu virusa yoluxub, yüz minlərlə insan dünyasını dəyişib. Bu virusa qarşı bütün ölkələr səfərbər olub, birgə mübarizə aparırlar. Ölkəmizdə də bu virusa qarşı sistemli və ardıcıl addımlar atıldı. Cənab prezidentin tapşırıqları əsasında karantin rejimi tədbiq edildi. Çox zəngin sosial paketlər icra olundu. Bu paketlər insanlarımızın sosial durumunun yaxşılaşdırılmasına xidmət etdi. Amma sərt karantin rejimindən yavaş-yavaş yumşalmalara doğru gedəndə son həftələr yoluxmaların sayı kəskin artdı. Hətta yoluxanların sayı 300-ü keçdi. Buna görə də Operativ Qərargah növbəti qərarını verdi. Şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyuldu. Hətta market və apteklərdə fəaliyyətini dayandırdı. Təbii ki, bu çox xoşa gəlməz bir haldır. Bu tendesiya davam etsə, dövlət növbəti sərtləşmələr barəsində addımlar ata bilər. Yumşalmalardan sonra vətəndaşların məsuliyyəti artmalı idi. Sərt karantin rejimində insanlar onsuz da evdə idi. Əgər sərt karantin rejim tədbiq edilməsəydi, yoluxanların sayı 300 yox, 1000 nəfər ola bilərdi. Azərbaycan dünyanın tərkib hissəsidir. Bu gün Azərbaycandan da qatbaqat pis vəziyyətdə olan ölkələrdə yumşalma prosesi gedir. Çünki sərtləşmiş karantin rejimini çox saxlamaq mümkün deyil. Əgər vətəndaşlarımız məsuliyyətlərini dərk etməsələr, bu xəstəlik Azərbaycanı digər ölkələr kimi iflic vəziyyətə sala bilər. Burada ilk olaraq səhiyyəmizi düşünməliyik. Ölkəmizdə yaxın illər ərzində 700-ə yaxın xəstəxana tikilib və əsaslı təmir olunub. Cənab prezidentin tapşırığı ilə yeni modul tipli xəstəxanalar tikilir. Artıq biri fəaliyyətə başlayıb. Bütün bunların hər bir Azərbaycan vətəndaşının sqağlamlığının qorunmasına xidmət edir. Elə zaman yetişə bilər ki, bu xəstəxanalarda da yer çatışmazlığı ola bilər. İnsanlarımız məsuliyyətsiz olmağa davam edərsə İtalyanın, Fransanın və digər ölkələrin aqibəti bizi də gözləyə bilər.Ona görə Azərbaycan vətəndaşı özünü, yaxınlarını qorumaq üçün qoyulan qaydalara əməl etsə, bütövlükdə cəmiyyətimizi qorumuş olarıq.

-Cavid bəy, bilirsiniz ki, bu xəstəliyin siyasi oyun olduğunu və insanların bu xəstəliyə inanmaması ilə ilə bağlı fikirlər səsləndirənlər var. O insanlara qrşı hansı tədbirlər görülməlidir?

-Təəssüf ki, bu xəstəliklə bağlı insanlarda çaşqınlıq yaradanlar var. Çünki bu məqamdan bəzi radikal qüvvələr və illərdir ki, ölkəmizdə sabitlyi pozmaq istəyən şəxslər istifadə etməyə çalışırlar. Çünki Milli Şura, onun ətrafında olan şəxslər birbaşa tapşırıqları erməni və ermənipərəst qüvvələrdən alırlar. Onlar müəyyən çağırışlar edərək koronavirusun siyasi oyun olduğunu sübut etməyə çalışırlar. Öncə qeyd edim ki, koronavirus tək Azərbaycanı deyil, bütün dünyanı əhatə edib.Bu xəstəlik ilk olaraq Çində həyatı iflic etdi. ABŞ-da da həyat iflic vəziyyətinə düşüb. Rusiya da həmin vəziyyətdədir. Azərbaycan qədər əhalisi olan Belçikaya nəzər salsaq görərik ki, orada vəziyyət heç də ürəkaçan deyil. Bu xəstəliyi siyasi oyun adlandıran həmin qüvvələr ölkədə siyasi sabitliyi pozmağa çalışırlar. Lakin istəklərinə nail ola bilmirlər. Çünki Azərbaycanın hər bölgəsindən olan insanlar cənab prezdentə təşəkkür məktubları göndərərək, bu istiqamətdə atdığı addımları dəstəkləyirlər. Amma bu qüvvələrin çağırışı bir daha sübut etdi ki, vaxtı ilə xəyanət yolunu seçmiş bu şəxslər heç bir ümumilli məsələdə Azərbaycanın mənafeyini müdafiə etməyiblər, hər dəfə çalışıblar ki, dövlətimizin nüfuzuna ləkə gətirsinlər. Onlar torpaqlarımızın bir hissəsinin itirilməsinin bahasına da olsa ölkəmizdə siyasi sabitliyi pozmağa çalışırlar. Çünki həmin qüvvələr yenidən özlərinin xəyal hakimiyyətlərini qurmağa çalışırlar.

-Pandemiya dövründə ermənilər yenidən cəbhədə aktivləşiblər. Hətta ölkə daxilində belə ordumuza qarşı qarayaxma kampaniyaları aparılır. Ermənilərin bu təxribatları ikinci aprel döyüşlərinə səbəb ola bilərmi?

- 2016-ci ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan istiqamətində gedən döyüşlər Azərbaycan Ordusunun Dağlıq Qarabağ münaqişəsində qazanacaq qələbəsinin fundamenti idi. Heç kəs şübhə etmir ki, Azərbaycan ordusu ermənidən qatbaqat güclüdür. Bunu tək biz demirik, həm də dünyanın ən nüfuzlu təşkilatlarının statistikası da sübut edir. Dünyanın güclü 50 ordusunun sırasında Azərbaycanın da adının olması qürurvericidir. Bu hər bir Azərbaycan vətəndaşının fəxr edəcəyi məsələdir. 90-cı illərin əvvəlinə ölkədə olan vəziyyətdən istifadə edən ermənilər 20 faiz torpaqlarımızı işğal etdi. O zaman ordu deyilən anlayış yox idi. Sadəcə qrup halında mübarizə aparırdılar. Həmin qruplar arasında hakimiyyətdə olanların mənafeyini müdafiə edənlər də vardı. Əlbəttə, cəbhədə bizim qeyrətli və vətənpərvər oğullarımız, qızlarımız döyüşürdülər. Şəhidlərimizin hər birinin qarşısında baş əyirik. Qarabağ döyüşlərində sağlamlığını itirənlər bizim vətənpərvər oğullarımızdır. Amma Rəhim Qazıyev Müdafiə naziri olan zaman çıxıb televziyalarda deyirdi ki, Şuşa işğal olunsa bir güllə ilə özümü öldürəcəm. Şuşa işğal olunur. Əlbəttə Şuşanın niyə işğal olunduğunu cənab prezident hər kəsə tarixi dərs keçərək sübut etdi. O da qeyd etdi ki, Şuşa xəyanətə görə işğal olundu. Tək Şuşa deyil, xəyanət nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edildi. Milli ordunun qurulması 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Ordumuzun bu gün bu qədər güclü olması bu sahədə cənab prezidentin apardığı uğurlu islhatların nəticəsindədir. Aprel və Naxçıvan istiqamətində aparılan döyüşlər bir daha onu göstərdi ki, Azərbaycan ordusu Dağlıq Qaraba və onun ətrafındakı 7 rayonu 1 həftə ərzində işğaldan azad etmə gücünə sahibdir. Bu gün Azərbaycanın qeyrətli oğulları orumuzda fəaliyyət göstərir. Kimliyindən asılı olmayaraq kimsə ordumuza qarşı qarayaxma kampaniyası aparırsa, birbaşa düşmən tərəfə fürsət vermiş olur. Müharibə zamanı kimsə ordumuzu psiləyən erməni tərəfə işləmiş olur.


-Xaricdə oturub ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların Azərbaycana gətirilərək cəzalandırılması düzgün olmazdımı?

-Təəssüf ki, bu kimi hallar var. Ermənilər yaxşı başa düşür ki, söyüş və təhqirdən istifadə etmək bizim milli mənəviyyatımıza ziddir. Ona görə də onlar bu məsələdən istifadə etməyə başladılar. Çalışdılar ki, söyüş və təhqirlə insanların iradəsini qırsınlar. Onların bir-ikisi həbs edilərəl ölkəyə gətirilib. Əminəm ki, bu tendensiya davam edəcək. Milli Məclisin plenar iclaslarında sosial şəbəkələrlə bağlı qanun layihələrinin gündəmə gətirilməsi və qısa müddət ərzində işləyib ərsiyyəyə gətirilməsinin vacib olduğu qeyd edildi. Bu cür qanun ABŞ-da və Almaniyada da var. Çünki burada təkcə söyüş və təhqir deyil, eyni zamanda başqa neqativ çağırışlar da var. Çalışırlar ki, ayrı-ayrı radikal qüvvələrdən istifadə edib, ölkədə ictimai sabitliyi pozsunlar. Son Gəncə və Nardaran hadisələrini buna misal göstərmək olar. Bu hadisələrdə sosial şəbəkələr üzərindən çağırışlar olurdu. Ölkəmizdə anarxiya yaratmaq istəyən şəxslər ölkəmizdə mövcud sabitliyi pozaraq ermənilərin maraqlarına xidmət edirlər.

- Cavid bəy, bizdə təhqirə görə qanunların sərtləşdirilməsinə ehtiyac varmı?
-Bununla bağlı qanunu təkcə sosial şəbəkələrlə bağlı deyil, daha da genişləndirmək lazımdır. Hər bir vətəndaşın şərəf və ləyaqətinin qorunması Azərbaycan konistutsiyasında öz həllini taparaq dövlət tərəfindən qorunur. Amma təssüf ki, yeni qanun hazırlanana qədər bu istiqamətdə hüquqi tənzimləmə yoxdur. Fransada oturub canlı yayım açaraq ancaq təhqir edir. Heç bir təklif olmadan insan dayanmadan 1 saat ancaq söyür. Bu cür şəxslər heç vaxt Azərbaycanlı ola bilməz. İstənilən insanı tənqid edə bilərlər. Tənqid edəndə də tutarlı səbəb göstərməlidirlər. Kimisə tənqid edirsənsə, üstün təklif irəli sürməlisən. Qanun işləyib başa çatandan sonra bütün bu problemlər öz həllini tapacaq.

-Bilirsiniz ki, vəzifəsindən sui-istifadə edən məmurlar qanunla sərt cəzalandırılırlar. Bu həbslər digərlərinə dərs olacaqmı?

-Bu problem tək Azərbaycanda deyil. Dünyanın bir çox ölkələrdə korrupsiya faktları mövcuddur. Ölkəmizdə də bu kimi hallar baş verdi. Bir neçə icra başçısı korrupsiya faktlarına görə həbs edildi. Burada narahat edən məsələ cənab prezidentin sərəncamı ilə ödənişli iş yerində çalışanların maaş kartlarının mənimsnməsi idi. Kasıb təbəqədən olan insanların ailəsini dolandırmaq üçün minimum əmək haqqı verilirdi. Eyni zamada ayrı-ayrı fondlar və dövlət qurumların ayırdığı ərzaq yardımlar mənimsəmişdilər. Bu qəbul edilməyən məsələdir. Həqiqətən də həmin insanlar bu qədər acizdirmi ki, kasıblara verilən yardımları mənimsəsinlər. Dövlətimiz tərəfindən həmin insanlar qanunla cəzalandılır. Düşünürəm ki, bu yolu tutan insanları da eyni aqibət gözləyəcək. Korrupsiya haları ilə bağlı məsələ ölkəmizdə daha sərtləşdirilib. Dövlətin imicinə ləkə gətrə biləcək şəxslər vəzifəsindən asılı olmayaraq qanunla sərt cəzalandırılır.Sonxeber

Tarix: 9 İyun 2020, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin